Ordudan tərxis olunmuş gənclərlə görüş keçirildi
Aprelin 21-də Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında ordudan tərxis olunmuş bir qrup rayon gəncləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Həmid Mehdiyev, ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclər iştirak etdilər.
Tədbir son günlər qoşunların təmas xəttində şəhid olmuş hərbi xidmətçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirərək düşmənlərimizin törətdikləri məkrli hadisələrdən danışdı. Son hadisələrə toxunan Vüsar İsmayılov qeyd etdi ki, artıq dünya Azərbaycan ordusunun hansı gücə malik olduğunu hiss etməkdədir.
Sonra Binəqədi rayonundan şəhid olmuş hərbçilərimizin şücaətini əks etdirən videoçarx nümayiş etdirildi.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov çıxış edərək tərxis olunmuş əsgərlərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Tədbirdə çıxış edən Aslan Mehdiyev, Həmid Mehdiyev ordumuzun qüdrətindən söz açaraq, hərbi xidmətə yola salınacaq çağırışçılara uğurlar dilədi.
Görüşdə ordudan tərxis olunmuş əsgərlərdən – Sənan Hacıyev, Vüqar Süleymanov, əsgər atası Fikrət Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış etdilər.
Sonda ordudan tərxis olunmuş gənclərə hərbi biletlər təqdim olundu.