Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir və mükafatlandırma oldu

23 iyun 2016 | 11:00

23 iyun tarixində 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyətinin iclas zalında tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısı Aparatında, inzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarının rayon ərazisində fəaliyyət göstərən yerli qurumlarında çalışan dövlət qulluqçuları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov  23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir.
Tədbir zamanı bildirildi ki, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə nümayəndəsi Mübariz Məmmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 22 iyin tarixli 56 №-li “23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə bir qrup dövlət qulluqçusunun mükafatlandırılması haqqında” əmri oxundu.
Əmrə əsasən adları aşağıda qeyd olunan dövlət qulluqçularına növbəti ixtisas dərəcələri verildi:
RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Vəliyev Asəf Şahalı oğlu - II dərəcə dövlət qulluqçusu;
RİH başçısının 28 May qəsəbəsi üzrə nümayəndəsi Xankişiyev Əlipaşa Telman oğlu - III dərəcə dövlət qulluqçusu;
RİH başçısının Xocasən qəsəbəsi üzrə nümayəndəsi Haqverdiyev Əlikram Xıdır oğlu - II dərəcə dövlət qulluqçusu;
RİH başçısı Aparatının Baş mütəxəssisi - komendant Ağayev Fəxrəddin Sadıq oğlu - dövlət qulluğunun II dərəcə referenti;
RİH başçısı Aparatının böyük mütəxəssisi Şahgəldiyeva Şəbnəm Eldar qızı - dövlət qulluğunun III dərəcə referenti;
RİH başçısı Aparatının baş mütəxəssisi - sürücü Şəfiyev Şahin Kamran oğlu  - dövlət qulluğunun II dərəcə referenti;
RİH başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Əliyeva Mahrux Etibar qızı - dövlət qulluğunun III dərəcə referenti
Aşağıda adları qeyd olunan dövlət qulluqçuları RİH başçısının “Fəxri Fərmanı” ilə təltif edildilər:
RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Hüseynov Yunis Fazil oğlu;
RİH başçısının köməkçisi Cahangirzadə İskəndər Kamil oğlu;
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dadaşov Elman Mirzağa oğlu;
RİH başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Allahverdiyev Nicat Elman oğlu;
RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Soltanov İbrahim Alik oğlu;
RİH başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu, RİH başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şükürova Dilbər Fariz qızı;
RİH başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Ağamalıyev Ramal Rafiq oğlu;
RİH başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Tağıyev Ziyafət Mahal oğlu;
Rayon Gənclər və İdman İdarəsinin rəisi Bayramov Qüdsi Həsən oğlu;
Rayon Məşğulluq Mərkəzinin direktoru Hacıyev Məhəmməd Əli oğlu;
2 saylı Xəzinədarlıq İdarəsinin rəisi Muradov Yəhya Məmmədhüseyin oğlu;        
Rayon Statistika şöbəsinin baş məsləhətçisi Mövlamova Solmaz Lütvəli qızı;       
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin məsləhətçisi Əhmədov Rəşad Şirin oğlu;
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şəbəsinin aparıcı məsləhətçisi Bağırova Reyhan Ramiz qızı.
Adları aşağıda aşağıda qeyd olunan dövlət qulluqçularına “təşəkkür” elan edildi:
RİH başçısının birinci müavini Süleymanov İlqar Qəzənfər oğlu;
RİH başçısının müavini İsmayılov Vüsar Qəşəm oğlu;
RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Göyüşov Ramiz Cahandar oğlu;
RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Rəhimov Elşad Qabil oğlu;
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Həsənov Rauf Arif oğlu.

Keçidlər