Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə əsgərlər arasında “Şahmat” birinciliyi keçirildi

27 iyun 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda “N” saylı hərbi hissədə “26 iyun-Silahlı Qüvvələr Günü” münasibətilə əsgərlər arasında “Şahmat” birinciliyi keçirildi.
Yarışın nəticəsinə görə əsgər Göyüş Əhmədov birinci yeri, baş leytenant Bəhruz İsgəndərov ikinci yeri, əsgər Baxış Mikayılov üçüncü yeri tutdular.
Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində hərbi hissənin komandir müavini polkovnik-leytenant Zabil Əliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və Binəqədi rayonu 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin müəllimi Xalidə Həsənova iştirak etdilər.

Keçidlər