Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə Gənclər fərqli təşəbbüs ilə çıxış etdi

12 avqust 2016 | 11:00

Bu gün bir qrup Binəqədi gənci “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə fərqli təşəbbüslə çıxış ediblər. Belə ki, gənclər səhər radələrində 2 Aprel döyüşlərində qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgərləri  Fəxrəddin  Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət etmişlər və Binəqədi gəncləri adından şəhidlərin məzarları önünə əklil qoymuşdurlar. Daha sonra gənclər şəhidlərin ailələrini ziyarət edərək onların göstərdikləri qəhrəmanlıqlar haqqında söhbət açmışlar. Gənclər şəhidlərimizlə fəxr etdiklərini vurğulamış və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdirlər. Şəhidlərin valideynləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirmiş və gənclərimizi vətənpərvər ruhda böyüməyə səsləmişdirlər.Sonda gənclər tərəfindən ailələrə hədiyyələr təqdim edilmişdir.

Keçidlər