Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsində "Qəsəbəmizin təmizliyi, gözəlliyi naminə həmrəy olaq" adlı tədbir keçirildi

25 avqust 2016 | 11:00

25 avqust tarixində Xocəsən bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində "Qəsəbəmizin təmizliyi, gözəlliyi naminə həmrəy olaq" adlı tədbir keçirildi.
Tədbirdə 217 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Təmizlik aksiyası zamanı ərazidə təmizlik işləri aparıldı, yaşıllıqlara qulluq edildi və sakinlərin asudə vaxtları zamanı parklarda istirahət üçün yerləşdirilən oturacaqlar rəngləndi.
Ərazidə belə təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd ekoloji təmizliyi qorumaq və yaşıllıqlara qulluq göstərməkdir. O cümlədən, ekoloji maarifləndirmə işini gənc nəsilə aşılamaqdır.

Keçidlər