Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 90 saylı körpələr-evi uşaq bağçasında “Biz Sülhün tərəfdarıyıq” adlı tədbir keçirildi

16 sentyabr 2016 | 11:00

16 sentyabr tarixində Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 90 saylı körpələr-evi uşaq bağçasında “Biz Sülhün tərəfdarıyıq” adlı tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüsü Aygün Əhmədova, rəssam,sənətşünas Ziyadxan Balaşov, 90 saylı körpələr-evi uşaq bağçasının müdiri Zərnişan Mustafayeva və bağçanın kollektivi iştirak etdi.
Tədbirdən öncə bağçanın zalında sülhün rəmzilərini əks etdirən sərgi ilə tanışlıq oldu. 
Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi və tədbirin aparacısı tərəfindən sülhün rəmziləri haqqında geniş məlumat verildi.
Sonra çıxış edən 90 saylı körpələr-evi uşaq bağçasının müdiri Zərnişan  Mustafayeva  qonaqları salamladı və tədbirin proqramı haqqında məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bildirdi ki, artıq Binəqədi rayonunda «Sülh aylığı” çərçivəsində 3-cü tədbirdir ki, qeyd edilir. Keçirilən tədbirlərdə balaca fidanların sülhün rəmzilərini həvəslə, məharətlə ifa etmələri yalnız insanda sevinc yaradır və əmin edir ki, gələcəyimiz etibarlı əllərdədir.
Çıxışlardan sonra 90 saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Biz Sülhün Tərəfdarıyıq” adlı bədii kompozisiya nümayiş edildi və sülhün rəmzi sayılan ağ göyərçinlər səmaya buraxıldı.
Tədbirin sonunda xatirə fotosu çəkildi və üzərində sülhün rəmzi əks edilmiş tort kəsildi.

Keçidlər