Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda daun sindromlu uşaqlara həsr olunmuş “Həyata gülümsə” adlı layihə həyata keçirildi

19 sentyabr 2016 | 11:00

19 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında yerləşən “Park Çinar” kafesində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Günel Vahabzadənin “Həyata gülümsə” adlı layihəsi çərçivəsində daun sindromlu uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncəli tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, M.Ə.Rəsulzadə bələdiyyəsinin əməkdaşları, daun sindromlu uşaqlar, bir qrup fəal gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan “Həyata gülümsə” layihəsinin rəhbəri Günel Vahabzadə layihə haqqında ətraflı məlumat verdi, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirdi.
Sonra çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov və YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva ölkəmizdə uşaqlara və gənclərə göstərilən diqqət və qayğıdan, bu sahədə görülən işlərdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində qəbul olunan dövlət proqramlarından danışdılar.
Çıxışlardan sonra tədbir uşaqlar üçün hazırlanmış nahar fasiləsi, nağıl qəhrəmanları, şən klounlar və Dj Aydının təqdimatında əyləncəli proqramla davam etdirildi.
Uşaqlara şarlardan hazırlanmış hədiyyələr təqdim olundu, onların Heydər Əliyev adına istirahət parkında fotosessiyası təşkil edildi.
Sonda parkda quraşdırılmış atraksionlarda oynayan uşaqlar 21 Sentyabr - “Beynəlxalq Sülh Günü” münasibətilə havaya göyərçinlər uçurdular.

Keçidlər