Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

21 oktyabr 2016 | 11:00

21 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi və “18 Oktyabr-Dövlət Müstəqilliyi günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, rayon orta ümumtəhsil məktəblərinin direktor müavinləri və məktəblilər iştirak etdilər. 
Tədbiri giriş sözü ilə açan Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan  layihə haqqında ətraflı məlumat verərək, layihənin əsas məqsədinin yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənənə sevgi və sədaqət hisslərinin aşılanması, milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında yeniyetmə və gənclərimizi məlumatlandırmaq olduğunu qeyd etdi.
Tədbirdə iştirak edən digər natiqlər- Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə belə  layihələrin keçirilməsinin yeniyetmə və gənclərin vətənə sədaqət ruhunda böyüməsində, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərdən böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Məktəblilər adından çıxış edən inşa yazı müsabiqəsinin qalibi 83 nömrəli məktəb-liseyin şagirdi Zəhra Həsənova hər bir xalq, millət üçün ən müqəddəs nemət olan azadlıq,  müstəqillik və bu müstəqilliyi bizə bəxş edən tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin rolundan söhbət açdı.
Sonda inşa yazı müsabiqəsinin iştirakçıları Fəxri Fərmanlarla mükafatlandırıldılar.

Keçidlər