Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının növbəti iclası keçirildi
21 dekabr 2016 | 11:00
21 dekabr 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının növbəti iclası keçirildi.
İclasda Apelyasiya Şurasının sədri İlqar Süleymanov, Şuranın Katibliyinin rəhbəri Elnur İmanov, Şura üzvləri Ramiz Göyüşov, Yunis Hüseynov, Elşad Rəhimov və Mübariz Məmmədov iştirak etdilər.
Şura iclasında baxılan məsələ fərdi sahibkar Yaqub Məmmədovun müraciəti ilə əlaqədar oldu. “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq Yaqub Məmmədovun müraciətinə baxıldı və müvafiq qərar qəbul edildi.