Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi oldu

22 dekabr 2016 | 11:00

Dekabrın 22-də Binəqədi rayonunda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi oldu.
Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak etdilər.
Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mənzil-qərargahda yaradılan şəraitlə tanış oldular.
Sonra tədbirdə TürkPA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

Keçidlər