Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin dekabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər

11 yanvar 2017 | 11:00

2016-cı ilin dekabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 322  müraciət (ötən ayla müqayisədə 18 müraciət çox) daxil olmuşdur.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən  245-i ərizə (daxil olmuş müraciətlərin 76%-i; o cümlədən,  ötən ayla müqayisədə 21 müraciət və ya 9,4% çox) və 77-si (daxil olmuş müraciətlərin 24%-i; o cümlədən, ötən ayla müqayisədə 2 müraciət az) şikayət olmuşdur.
Müraciətlər daha çox Rəsulzadə qəsəbəsi üzrə 65 müraciət, Binəqədi qəsəbəsi üzrə 52  müraciət, 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 51 müraciət, Biləcəri qəsəbəsi üzrə 45 müraciət, Xocəsən qəsəbəsi üzrə 43 müraciət,  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 29 müraciət, 28 May qəsəbəsi üzrə 3 müraciət daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 88 (daxil olmuş müraciətlərin 27,3%-i), Milli Məclisdən 2 (daxil olmuş müraciətlərin 0,6%-i), Nazirlər Kabinetindən 15 (daxil olmuş müraciətlərin 4,7%-i) və digər qurumlardan 40 (daxil olmuş müraciətlərin 12,4%-i) müraciət daxil olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı ilin dekabr ayı ərzində 572 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 29 vətəndaş qəbul edilmişdir.

Keçidlər