Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə 115 nömrəli tam orta məktəbdə görüş keçirildi

06 fevral 2017 | 11:00

Rayonda əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişafı səviyyəsi barədə əhalinin məlumatlandırılması, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlərin keçirilməsi davam etdirilir.
Belə ki, 6 fevral 2017-ci il tarixdə 115 nömrəli tam orta məktəbdə görüş keçirildi.
İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov və orta ümumtəhsil məktəbinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı digər məsul işçiləri də iştirak etdilər.
İclası giriş sözü ilə açan məktəb rəhbərliyi çıxış edərək inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə, yaradılmış geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, milli ruhlu vətəndaş, şəxsiyyət yetişdirməklərinə və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.
Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıraraq bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğuladı. Təhsilin əhəmiyyətinə toxunan A.Əliyeva bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə də diqqət çəkərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurla icra olunduğunu qeyd etdi.
Görüş zamanı A.Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş müşavirələrinə həsr olunmuş 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş iclasda səsləndirilən fikirlərə toxunaraq, orta ümumtəhsil müəssisələrində də korrupsiya hallarının baş verməsinin, bəzi məktəblərdə baş verən mənfi hallar ictimaiyyət arasında ciddi narazılıq yaratdığını da qeyd etdi.
A.Əliyeva orta ümumtəhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, ümumi nəzarətin təşkili, məktəblərlə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması, məktəblə valideynlər arasında əlaqələrin inkişaf etdirilməsinə və digər məsələlərə toxundu. Eyni zamanda sakinlərdən daxil olan müraciətləri təhlil etmək, onların bəhs etdikləri mövzuları, problemləri və bunların həlli üçün tədbirlərin araşdırılması və neqativ halların aradan qaldırılması tapşırıldı və qeyd edildi ki, bütün sahələrdə olduğu kimi orta ümumtəhsil müəssisələrində də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, şəffaflıq artırılmalıdır.
Görüşdə qeyd olunan məsələlər ətrafında ciddi müzakirələr aparıldı.

Keçidlər