Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirildi

21 fevral 2017 | 11:00

21 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul işçiləri, qəsəbə və icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ərazisində məskunlaşan Xocalı sakinləri iştirak etdilər.
İlk öncə tədbir Xocalı şəhərində baş vermiş soyqırımda dünyasını dəyişən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva tədbiri açaraq Xocalı faciəsi ilə bağlı məlumat verdi.
Tədbirdə çıxış edən 157 saylı tam orta məktəbin tarix müəllimi Ruslan Ağamalıyev Xocalıda baş vermiş qətliamda törədilən ağır cinayətlərdən  və erməni vəhşiliyi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilən Xocalı şəhərinin sakinlərinin başlarına gətirilən müsibətlərdən danışdı.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər