Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi

23 fevral 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə Binəqədi Gənclər evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 26 Fevral-Xocalı Soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova Xocalı Soyqırımı haqqında şagirdlərə məlumat verərək, müsabiqənin Xocalı Soyqırımının yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə keçirildiyini qeyd etdi.
İştirakçılar müsabiqənin Əsasnaməsi ilə tanış edildikdən sonra müsabiqəyə start verildi.
İnşalar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılıb.
İnşa yazı müsabiqəsinin nəticəsinə görə 299 №-li məktəb-liseyin 11b sinif şagirdi Babayeva Sevinc Alik qızı birinci yerə, 301 №-li tam orta məktəbin 9a sinif şagirdi Həsənli İlhamə İlham qızı ikinci yerə, 83 №-li məktəb-liseyin 10b sinif şagirdi Həsənova Zəhra Fəxrəddin qızı üçüncü yerə layiq görüldülər.

Keçidlər