Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsində yaşayan ahıl vətəndaşların evdə tibbi müayinəsi təşkil olundu

28 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər. Sərəncama əsasən fevralın 15 - dən Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Xocəsən Sağlamlıq Mərkəzində əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb və əhalinin sağlamlıq mərkəzində tibbi müayinəsi təşkil olunmuşdur. Sərəncama əsasən 28 fevral tarixində Xocəsən bələdiyyəsinin “İctimai humnitar” sektorunun təşkilatçılığı ilə qəsəbəmizdə yaşayan ahıl insanların evdə müayinəsi təşkil olunmuşdur.

Keçidlər