Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospektini əhatə edən ərazidə təmir işləri yekunlaşır

01 mart 2017 | 11:00

Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospektini əhatə edən ərazidə təmir işləri yekunlaşmaq üzrədir. Belə ki, avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində sözügedən küçələrdə köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunub.  Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb, kənarlarına 1100 paqon-metr yeni səki daşları düzülüb. Hazırda hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılır.  

Keçidlər