Şriftin ölçüsü :

Saytın rəngi :

7-ci qrup ASAN könüllüləri ilə görüş keçirildi

01 mart 2017 | 11:00

01 Mart tarixində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun İcra Hakimiyyətində “Master-2 “layihəsi çərçivəsində təcrübə keçən 7-ci qrup ASAN könüllüləri ilə görüşü keçirilmişdir.
Keçirilən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və ASAN könüllüləri iştirak ediblər.
Görüşü giriş nitqi ilə başlayan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, günü - gündən qüdrətlənən ölkəmiz regionun lider dövləti olmaqla yanaşı, həm də bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmiz son illər islahatların tempinə görə qabaqcıl ölkələr sırasındadır. Bu islahatların ən bariz nümunəsi isə ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü isə yaradılan və xalqa şərəflə xidmət edən “Asan xidmət” mərkəzləridir.  Məhz belə bir qurumda təcrübə keçən siz gənclər çox şanslı və şərəfli missiyanı icra edirsiz.  Hər birimiz dövlətimiz naminə çalışmalı və ölkəmizin uğurlarına öz müsbət əməllərimiz ilə töhvə vernəliyik. Natiq o cümlədən, Azərbaycan Respublikasının son illər sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsində əldə etdiyi uğurların beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini, ölkədə quruculuq, abadlıq işlərinin geniş vüsət aldığını, çevik modernləşdirmə yolu ilə sürətli inkişafa nail olunduğunu diqqətə çatdırdı.
Daha sonra 14 fevral tarixindən etibarən Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri  öz xoş təəssüratlarını bölüşdülər. Könüllülər ölkədə aparılan uğurlu gənclər siyasətinə görə ölkə başçısı cənab İlham Əliyevə  təşəkkürlərini bildirdilər.

 

Keçidlər