Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2017-ci ilin fevral ayında daxil olan müraciətlər haqqında hesabat

04 mart 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin İcra Hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
2017-ci il fevral ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 4390, birbaşa cavablandırılan zənglərin sayı 3759, yaradılan əks əlaqələrin sayı 734, günlük orta zəng sayı 156, tərtib edilən şikayət vərəqələrinin sayı 631 olub.
Şikayət xarakterli müraciətin 631-nin  icrası təmin edilib, o cümlədən 501-i və ya 79,4 %-i tam həll olunub, 73-ü və ya 11,6 %-i qismən həll edilib, 57-i və ya 9 %-nə müvafiq izahat verilərək həll edilib.
Fevral ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  298-i  və ya  47,2 %-i qaz təchizatı,  199-u və ya 31,5 %-i su-kanalizasiya, 39- u və ya 6,2 %-i istilik təchizatı, 38-i və ya 6 %-i lift problemləri, 22-i və ya 3,5 %-i elektrik təchizatı ilə bağlı,  18-i və ya 2,9 %-i sakinləri narahat edən digər məsələlər, 9-u və ya 1,4 %-i zibil və tullantılar ilə əlaqədar, 6-sı və ya 1 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 2-i və ya 0,3 %-i yaşıllaşdırma idarəsi ilə bağlı olub.
Xidmətə ay ərzində 29 təşəkkür müraciəti daxil olub. 

Keçidlər