Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə aprel döyüşlərində şəhid olan əsgərlərin anaları, aztəminatlı, tənha, eləcə də, təqaüddə olan və rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş xanımlar evlərində təbrik edildi

06 mart 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon ərazisində yerləşən bələdiyyələrin İctimai-humanitar sektorlarının təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə Binəqədi rayonunun aprel döyüşlərində şəhid olmuş igidlərinin anaları, aztəminatlı, tənha, eləcə də, təqaüddə olan və rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş xanımlar evlərində ziyarət edildi və bayramları təbrik olundu.
Ziyarət tədbirlərində Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən bələdiyyələrin sədrləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etdilər. 
Görüşlərdə ziyarət olunan ailələrə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından ən xoş arzular çatdırıldı.

Keçidlər