Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gənci Cəmalə Talıbova Norveç Krallığının Trondheim şəhərində keçirilən İSFİT (The İnternational Student Festival in Trondheim) festivalında iştirak etdi

07 mart 2017 | 11:00

Binəqədi gənci, Bakı Mühəndislik Universitetinin “Sənayenin təşkili və idarə olunması” ixtisasının tələbəsi Cəmalə Talıbova Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə 9-19 fevral 2017-ci il tarixlərdə Norveç Krallığının Trondheim şəhərində keçirilən İSFİT (The İnternational Student Festival in Trondheim) festivalında iştirak etdi.
Əsas mövzusu “ayrı-seçkilik” olan festival müddətində 16 mövzu üzrə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş professorlar, spikerlər tərəfindən təlimlər təşkil edildi, fikir mübadiləsi, diskussiyalar, debatlar aparıldı. Cəmalə Talıbova “Elm” panelində təmsil olunub. Festivalın bir günü “Layihələr günü” olub və bu zaman 23 mövzuda qısa təlimlər keçirilib.
Qeyd edək ki, İSFİT 1990-cı ildən hər iki ildən bir təşkil olunan, dünyanın ən böyük tələbə festivalıdır. Festival zamanı konsert proqramları, mərasimlər, səhnə incəsənəti, görüşlər və s. kimi mədəni tədbirlər təşkil olunur. 1998-ci ildən başlayaraq təşkilatçılar Nobel Sülh Mükafatının tələbə versiyasını yaradıblar.

Keçidlər