Şriftin ölçüsü :

Saytın rəngi :

Balacalardan müxtəlif dillərdə 8 mart təbriki

06 mart 2017 | 11:00

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Binəqədi rayonundakı “Kosmoland” körpələr evi-uşaq bağçasında tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Kosmoland” körpələr evi-uşaq bağçasının müdiri Aygün Əliyeva, bağçanın kollektivi və uşaq kontingenti, ASAN Könüllüsü iştirak etdilər.  
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti adından bağçanın kollektivini, balaca fidanları və onların simasında rayonun bütün qadınlarını təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Eyni zamanda, bu gün qadınlar respublikanın ictimai-siyasi həyatında, ölkənin tərəqqisi proseslərində fəal iştirak edir və öz töhfələrini verirlər. Azərbaycan cəmiyyətinə ən böyük töhfə verən, humanizmi və xeyirxah əməlləri ilə xalqın sevgisini qazanan Mehriban xanım Əliyevanın fəaliyyəti müasir qadınlar üçün bir nümunədir. Bu baxımdan heç təsadüfi deyil ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan, bu sahəyə dəyərli töhfələr verən, ölkənin birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi sevinclə qarşılandı.
“Kosmoland” körpələr evi-uşaq bağçasının müdiri Aygün Əliyeva çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi məktəbəqədər bağça uşaqlarında qadınlarımıza sevgi aşılamaq, onları gələcəkdə analarına, müəllimələrinə hörmət etməyi öyrətməkdir.
Sonra bağçanın balaca fidanlarının ifasında müxtəlif dillərdə şeirlər səsləndirildi, 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş maraqlı səhnəciklər nümayiş olundu.

Keçidlər