Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ümumrayon Novruz iməciliyi keçirildi

11 mart 2017 | 11:00

11 mart 2017-ci il tarixində Binəqədi rayonu Zeytunluq ərazisində Ümumrayon Novruz iməciliyi keçirildi.
Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, Rayon Yaşıllaşdırma sahəsinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman idarəsinin fəalları iştirak etdilər. 
Aksiya zamanı ərazidə təmizlik-abadlıq işləri aparıldı, öncədən əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi, ərazilər alaq otlarından təmizləndi. Həmçinin ərazilər tullantılar, metal qırıntıları və digər lazımsız materiallardan təmizlənərək səliqə-sahman yaradıldı. O cümlədən, yolun sağ və sol istiqaməti boyunca əkilmiş ağaclara qulluq edildi, dibləri  bellənərək suvarma işləri həyata keçirildi. Novruz bayramı öncəsi aparılan iməclik sakinlərdə xoş təəssürat yaratdı.

Keçidlər