Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi

14 mart 2017 | 11:00

14 mart 2017-ci il tarixində Binəqədi rayonu 158 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndəsi Orxan Əlixanlı, 158  saylı körpələr-evi uşaq bağçasının müdiri Rəfiyyə Əsədova, ASAN könüllüsü, bağçanın kollektivi və uşaq kontingenti iştirak etdilər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı Azərbaycan xalqının qədim və çox sevimli bayramı olan Novruz bayramı münasibətilə bağçanın kollektivini, uşaqları təbrik etdi, xoş arzularını çatdırdı.  
Daha sonra  Novruzun atributları olan Kosa və Keçəl 158 saylı bağçanın balaca fidanları ilə hazırladıqları maraqlı səhnəcikləri nümayiş etdirdirlər.

 

Keçidlər