Şriftin ölçüsü :

Saytın rəngi :

151 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının iştirakı ilə “Elimizə yaz gəlir” layihəsi həyata keçirildi

16 mart 2017 | 11:00

16 mart 2017-ci tarixdə Novruz bayramı münasibətilə rayonun balaca fidanlarının iştirakı ilə “Elimizə yaz gəlir” adlı layihə həyata keçirildi.
Layihə çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüsü, 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilova və bağçanın uşaq kontingenti rayon ərazisində yerləşən Azərbaycan  Dövlət  Kənd  Təsərrüfatı  Muzeyində oldular.
Əvvəlcə bələdçi muzeyin tarixi barədə danışdı, burada qurulmuş guşələr, eksponatlar haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, muzey Azərbaycan Respublikasının kənd təsərrüfatının inkişafı tarixinə və onun gerçək vəziyyətinin işıqlandırılmasına həsr olunub. Muzeyin ekspozisiyasında Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələri: əkinçilik, heyvandarlıq, bağçılıq və s. müxtəlif çeşidli materiallar (sənədlər, fotoşəkillər) vasitəsi ilə öz əksini tapıb. Stasionar ekspozisiyanın tamaşaçılara nümayiş etdirilməsilə yanaşı, muzey eyni zamanda geniş həcmli mühazirələr, sənədli filmlərin nümayişi, səyyar sərgilər və s. təşkil edir.
Muzeylə tanışlıqdan sonra 151 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları Novruz atributlarını əks etdirən guşədə bayram abu-havası yaşadılar. Balacalar el adəti üzrə bayram təamlarının hazırlanmasında iştirak etdilər, haxışta söylədilər, yallı getdilər, “Elimizə yaz gəlir” deyib mahnı oxudular.      

Keçidlər