Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “2nd University Session” keçirildi

18 mart 2017 | 11:00

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 15-18 mart 2017-ci il tarixlərində Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyi tərəfindən günümüzün aktual mövzularından olan “Bərabərlik və informasiya texnologiyaları”na həsr olunmuş “2nd University Session” (2-ci Universitet Sessiyası) keçirildi.
Sessiyanın baş təşkilatçıları ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Elvin Hacıyev və İnformasiya texnologiyaları fakültəsinin III kurs tələbəsi Rasim Xankişiyevdir. Ümumilikdə, sessiyada Fransa, İsveçrə, Polşa və Gürcüstandan da olmaqla 150 nəfərdən çox gənc iştirak etdi, onlar müəyyən edilmiş mövzular üzrə diskussiya apardı, fikir və təcrübələrini paylaşdılar.
Sessiya 2 əsas hissədən – rəsmilər (prezident, vitse-prezident, təşkilatçılar komandası, komitə sədrləri, media komandası) və üzvlərdən ibarət olub.
Novruz bayramı ərəfəsinə təsadüf edən sessiyanın növbəti günündə iştirakçılar üçün Gənclər Evinin həyətində bayram şənliyi təşkil edildi. Novruz tonqalını alovlandıran gənclər onun ətrafında müxtəlif maraqlı rəqslər oynayıb, mahnılar ifa etdilər. Bayramın əsas personajları olan Kosa və Keçəl iştirakçılara Novruz bayramında həyata keçirilən adətlər haqqında məlumat verib, onlarla yumurta döyüşdürdülər.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbirdə çıxış edərək gəncləri Novruz bayramı münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Keçidlər