Şriftin ölçüsü :

Saytın rəngi :

“İnnovativ müəllim” müsabiqəsinin qalibləri mükafatlandırıldı

20 aprel 2013 | 10:00

Ulu Öndər Heydər Əliyev Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Müasir dövrümüzdə informasiya və texnologiyalar əsrində yaşadığımız zamanda da bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində uğurla davam etdirilir.
“2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixi 2664 nömrəli Sərəncamına və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ildəki fəaliyyətinə dair hesabata həsr olunmuş Şura iclasında səsləndirilmiş rəy və təkliflərin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 15 mart 2013-cü il tarixli, 91 saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq yüksək hazırlığa malik pedaqoji kadrların formalaşması və yaradıcı təfəkkürə malik innovativ müəllimlərin aşkar edilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təbliğ olunması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyatı və tarix fənləri üzrə seçilmiş müəllimləri arasında “İnnovativ müəllim” müsabiqəsi keçirildi.
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tərəfindən təsdiq edilmiş münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqə 2013-cü ilin 12 aprel (Azərbaycan dili və ədəbiyyatı müəllimləri) və 15 aprel (tarix müəllimləri) tarixlərində İnstitutun Akt zalında keçirilib.
Müsabiqə iştirakçılarının Nailiyyətlər Portfoliosu münsiflər heyətinə təqdim edildi və informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə bir dərsin (7 dəqiqə) təqdimatı nümayiş olundu.
Müsabiqədə birinci yerə 2 (iki) nəfər, ikinci yerə 4 (dörd) nəfər, üçüncü yerə isə 6 (altı) nəfər layiq görülüb. Onlara diplom və pul mükafatları  (birinci yer (iki nəfər) hər biri 500 AZN), ikinci yer (2 nəfər)  hər biri 300 AZN), üçüncü yer  (3 nəfər- hər biri 200 AZN olmaqla), 10 nəfərə isə sertifikat verilib.
Müsabiqədə 32 məktəbdən 51 nəfər müəllim iştirak edib.

Keçidlər