Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar görüş keçirildi

05 aprel 2017 | 11:00

5 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarının Qərarlarında qeyd edilmiş məsələlər və verilmiş tapşırıqlarla əlaqədar Binəqədi rayonu Rəsulzadə bələdiyyəsində oldular.
Bələdiyyənin əməkdaşları ilə keçirilən görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi siyasətdən bəhs edildi, Strateji Yol Xəritələri və digər strateji əhəmiyyətli sənədlərin icrası və qeyri neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar görülməkdə olan işlər barədə ətraflı məlumat verildi.
Eyni zamanda görüşdə Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verildi, bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edildi, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və başqa məsələlər barədə metodik tövsiyələr verildi.
Bununla yanaşı keçirilən görüşdə bələdiyyədə şöbələrarası koordinasiyanın gücləndirilməsi, bələdiyyənin İctimai-humanitar sektorunun iş spektrinin genişləndirilməsi, yerli vergilərin və rüsumların yığılması sahəsində məlumatlandırma və təbliğat-təşviqat işlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Keçidlər