Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Aprel Fatehləri” adlı tədbir keçirildi

06 aprel 2017 | 11:00

Aprelin 6-da Binəqədi rayonunun 283 nömrəli orta məktəbində təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, aprel şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının valideynləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin direktoru Tünzalə Zeynalova və həmin məktəbin müəllim- şagird kollektivi iştirak etdilər.
Məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii kompozisiya qonaqlar tərəfindən maraqla qarşılandı.
Tədbirdə çıxış edən natiqlər vurğuladılar ki, Vətənin müdafiəsi hər şeydən vacibdir. Əzizlərimizin şəhidlik zirvəsinə ucalması ilə qurur duymalıyıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacaq.

Keçidlər