Şriftin ölçüsü :

Saytın rəngi :

Latviya Respublikasının nümayəndə heyəti Binəqədi rayonuna səfər etdi

06 aprel 2017 | 11:00

Ölkəmizdəki sosial-iqtisadi inkişafla tanışlıq və yerli icra və özünüidarəetmə orqanlarının fəaliyyətinə dair təcrübə mübadiləsi aparmaq məqsədilə 3-7 aprel 2017-ci il tarixlərdə Azərbaycanda səfərdə olan Latviyanın Rezekne diyarından olan nümayəndə heyətinin - diyar merinin müavini Elvira Rizanenin, icraçı direktoru Yanis Troşkanın və informasiya şöbəsinin müdiri Madara Bertinanın və Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs 6 aprel 2017 ci il tarixdə Binəqədi rayonuna səfər etdilər. 
Nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələri Milli Asosasiyanın katibi Tofiq Həsənov da iştirak etdi.
Səfər çərçivəsində qonaqlar ilk öncə Biləcəri bələdiyyəsində oldu və Binəqədi rayonunun nümayəndə heyəti ilə görüş, fikir mübadiləsi apardılar.
Daha sonra qonaqlar rayonda yerləşən Heydər Məscidini ziyarət etdikdən sonra Heydər Əliyev adına istirahət və mədəniyyət parkında və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatında oldular.
Sonda qonaqlara işçi süfrəsi verildi.
Görüşlərdə Binəqədi rayonundan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasıının Binəqədi Rayon Təşliatının sədri Ramiz Göyüşov, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov iştirak etdilər.

 

Keçidlər