Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi

07 aprel 2017 | 11:00

7 aprel 2017-ci il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi.
Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Mürsəl Qurbanov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etdilər.
Hər bir komandanın tərkibi 14 nəfərdən (5 nəfər oğlan, 2 nəfər qız 8-ci sinif; 5 nəfər oğlan, 2 nəfər qız 10-cu sinif) ibarət olmaqla yarışda ümumilikdə 32 məktəbdən 448 nəfər şagird iştirak etdi.
Yarışın nəticəsinə görə 100 №-li tam orta məktəbin komandası birinci yerə, 182 №-li tam orta məktəbin komandası ikinci yerə,  284 №-li tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.

Keçidlər