Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri bələdiyyəsində görüş keçirildi.

14 aprel 2017 | 11:00

        14 aprel 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev və İnformasiya təminatı və təhlil sektorunun müdiri Nicat Allahverdiyev Binəqədi rayonu Biləcəri bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin vergi müfəttişləri ilə görüş keçirmişlər.
       Keçirilən görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il aprelin 4-də bələdiyyə sədrləri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi tövsiyələrlə əlaqədar bələdiyyə əməkdaşlarına məlumat verilmiş, bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş,  bələdiyyələrin vergitutma bazasının daha da təkmilləşdirilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və başqa məsələlər barədə metodik tövsiyələr verilmiş, yerli vergilərin və rüsumların yığılması sahəsində məlumatlandırma və təbliğat-təşviqat işlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər