Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsinin təmiri işləri davam edir.

17 aprel 2017 | 11:00

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsinin təmiri işlərinə start verilib. Təmir olunan küçənin uzunluğu 1 km,  eni  isə 10 metr təşkil edir.
    Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq. Bunun əvəzinə yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.
    Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
    Təmir işləri çərçivəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətiriləcək, yeni yağış barmaqlıqları qoyulacaq, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Daha sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
   Qeyd edək, təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Keçidlər