Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətənimin seyrinə çağırıram elləri" adlı tədbir keçirildi

21 aprel 2017 | 11:00

21 aprel 2017-ci il tarixində Binəqədi rayonu, 283 saylı tam orta məktəbdə “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyinə həsr olunmuş növbəti “Vətənimin seyrinə çağırıram elləri” adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər tərəfindən Vətən təbiətinin gözəlliyini vəsf edən çıxışlar edildi. Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş heyvan və bitkilərin qorunmasına həsr olunmuş səhnəciklər göstərildi. Ölkəmizin və Vətənimizin yeraltı və yerüstü sərvətlərinin simvolu olan obrazlar insanların həyatındakı əhəmiyyətini əks etdirən dialoqlar söylədilər.
Azərbaycan təbiətinə həsr olunmuş viktorina şagirdlərlə tədbir iştirakçılarının qarşılıqlı fikir mübadiləsi əsasında keçirildi.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək “Təhsili Dəyərə Çevirək” devizi altında keçirilən Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyinə həsr edilmiş silsilə tədbirlərin yüksək səviyyədə təşkilinə görə məktəbin biologiya müəllimlərinə təşəkkürünü bildirdi.

Keçidlər