Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Müstəqil Vətənin memarı” adlı tədbir keçirildi

10 may 2017 | 11:00

Mayın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Müstəqil Vətənin memarı” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Rəna Biləndərli, əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təlimatçısı Natiq İsmayılov, Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, baş kitabxanaçı Aygün Əliyeva, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova iştirak etdilər.
Əməkdar mədəniyyət işçisi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev ulu öndər Heydər Əliyev haqqında, “Qurtuluş dastanı” tarixi-dramında Heydər Əliyevin obrazını canlandırmasından danışdı. Daha sonra əməkdar mədəniyyət işçisi İftixar Piriyev böyük şəxsiyyətə həsr etdiyi 9 dildə nəşr olunan “Müstəqil Vətənin memarı” kitabını təqdim etdi, kitabın ərsəyə gəlməsindən danışdı.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Əhliman Ərşadlı və Şəbnəm Cəbrayılova  “Müstəqil Vətənin memarı” poemasından parçalar səsləndirdilər.
Sonda qonaqlar foyedə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab sərgisinə baxış keçirdi.

Keçidlər