Şriftin ölçüsü :

Saytın rəngi :

“Təbiəti sevək, qoruyaq!” adlı sosial çarxın çəkilişi həyata keçirildi

05 may 2017 | 11:00

5 may tarixində Binəqədi rayonu, Azadlıq prospekti 20 saylı binanın həyətindəki park və Heydər Əliyev adına istirahət parkında rayonun 177 saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Təbiəti sevək, qoruyaq!” adlı sosial çarxın çəkilişi həyata keçirildi.
Çəkiliş zamanı balaca fidanlar təbiətin müxtəlif obrazları canlandırdı və tumu yerə çırtlamaq, ətrafı zibilləmək olmaz!, Ağacları qırmaq, gülləri əzmək olmaz!, Biz təbiəti qorumalıyıq, ona qulluq etməliyik! şüarlarını səsləndirdilər.
“Təbiəti sevək, qoruyaq!” adlı sosial çarxın çəkilişi ətrafdakı sakinlərdə xoş ovqat yaratdı.

Keçidlər