Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsində gənclərlə görüş keçirildi

15 may 2017 | 11:00

15 may 2017-ci il tarixində İctimai-humanitar sektorun təşkilatçılığı ilə M.Ə.Rəsulzadə bələdiyyəsində gənclərlə görüş keçirildi.
Görüşdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və qəsəbə sakini olan gənclər iştirak etdilər.
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyub, konsepsiyasını formalaşdırdığı daxili siyasət istiqamətlərindən bir məhz gənclər siyasəti olub. Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Bu gün də həmin siyasət davam etdirilir. Azərbaycan gəncliyi dövlətimizin gələcəyidir. Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Gənclərin imkan və bacarıqlarını hər zaman yüksək qiymətləndirildiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verildiyini vurğuladı.
Tədbirdə çıxış edən bələdiyyə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlardan danışdılar. Gənclərin ölkənin ictimai-siyasi həyatında həmişə fəal iştirak etdikləri diqqətə çatdırıldı.
Gənclərdən Fatimə Kərimli, Əminə Mustafayeva, Aysel Kolçi, Türkan Məsimli öz təkliflərini bölüşdülər, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.

Keçidlər