Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində 299 saylı məktəb-liseydə maarifləndirici tədbir keçirildi

17 may 2017 | 11:00

Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində 17 may tarixində Biləcəri bələdiyyəsinin “İctimai–humanitar” sektorunun təşəbbüsü və təşkilatçılığı ilə qəsəbənin 299 saylı məktəb liseyində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Hacıyev, Bələdiyyə Gəlirləri və Yerli Vergilər Şöbəsinin müdiri Qorxmaz Cəfərov, bələdiyyənin  “İctimai–humanitar” sektorunun rəhbəri Sevinc İlyasova, 299 saylı məktəbin direktoru Solmaz Kazımova, məktəb kollektivi və yuxarı sinif şagirdləri  iştirak etdilər.
Maarifləndirici tədbirdə bələdiyyə vergiləri ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilməli vergi, ödənişlərlə əlaqədar maarifləndirici və təbliğat xarakterli geniş tərkibli görüş keçirildi.
Görüşdə bələdiyyə vergi və ödənişləri barədə ətraflı məlumat verildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, verilən suallar cavablandırıldı.
Görüş iştirakçılarına bələdiyyə tərəfindən vergilərlə bağlı xüsusi hazırlanmış izahlı bukletlər paylanıldı.

Keçidlər