Şriftin ölçüsü :

Saytın rəngi :

“Vergi olimpiadası” layihəsi ilə bağlı bələdiyyələrin ərazilərində yerləşən məktəblərdə görüşlər keçirildi

25 may 2017 | 11:00

Binəqədi rayon bələdiyyələrinin “İctimai-humanitar” sektorlarının təşkilatçılığı ilə yaxın günlərdə başlayacaq “Vergi olimpiadası” layihəsi ilə bağlı bələdiyyələrin ərazilərində yerləşən məktəblərdə görüşlər keçirildi.
Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, bələdiyyə sədrləri, “İctimai-humanitar” sektorların rəhbərləri və məktəblərin direktor müavinləri iştirak etdilər.
Görüşdə yeni başlayacaq “Vergi olimpiadası” layihəsi ilə bağlı məlumat verilərək yarışla bağlı təşkilatçılıq məsələləri müzakirə edildi.
Olimpiadanın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

Keçidlər