Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Çimərliklərimizi təmiz saxlayaq” şüarı altında təmizlik aksiyası keçirildi

10 iyun 2017 | 11:00

10 iyun 2017-ci il tarixində “İdea” İctimai Birliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və  Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunun Novxanı çimərliyində sahilboyu ərazisində “Çimərliklərimizi təmiz saxlayaq” şüarı altında təmizlik aksiyası keçirildi.
Təşkilatçı qurumların əməkdaşlarının, könüllü gənclərin də qatıldığı təmizlik aksiyasında ümumilikdə 250-dən çox fəal iştirak etdi. İməcilikdə ərazi məişət tullantılarından təmizlənərək xüsusi zibil torbalarına yığıldı və əvvəlcədən ayrılmış nəqliyyat vasitələri ilə ərazidən daşındı.
Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və “İdea” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq bu cür aksiyalar keçirilir. Ətraf mühitin qorunması, təbiətdən və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Aksiya bitdikdən sonra aksiya iştirakçıları üçün çay süfrəsi təşkil edildi.

Keçidlər