Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Media və Biz” adlı təlim keçirildi

09 iyun 2017 | 11:00

9 iyun tarixində Binəqədi rayonu, Gənclər Evində “Gənclərin İKT İnkişafı Mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz”  adlı təlim keçirildi.
Keçirilən təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ASGA-nın sədri, 7news/az saytının rəhbəri  Səbuhi Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, icra nümayəndələrinin, bələdiyyələrin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin adminləri, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak etdilər.
Təlimi açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova tədbirin proqramı haqqında məlumat verərək Gənclər Evində bu cür təlimlərin mütəmadi keçirildiyini vurğuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova sosial şəbəkədə gənclərin rolundan danışdı və vurğuladı ki, Binəqədi gəncləri bu sahədə aktivliyini qoruyub saxlayırlar. Natiq onu da qeyd etdi ki, maarifləndirici təlimlər, seminarlar rayonda mütəmadi olaraq təşkil edilir və gənclərin media sahəsində maarifləndirilməsi istiqamətində işlər aparılır.
Sonra ASGA-nın sədri, 7news/az saytının rəhbəri  Səbuhi Abbasov “Gənclərin İKT İnkişafı Mərkəzi” adlı layihə çərçivəsində “Media və Biz” adlı təlimin keçirilməsi üçün rayon rəhbərliyinə təşəkkür etdi və layihənin əhəmiyyəti haqqında gənclərə geniş məlumat verdi.
Çıxışlardan sonra təlimdə iştirak edən və Binəqədi rayonunda sosial şəbəkələrdə aktiv olan bir qrup gəncə Azərbaycan Slavyan Gənclərinin Assosiasiyası tərəfindən diplomlar təqdim edildi.
Mükafatlandırma mərasimindən sonra AMEA-nın elmi işçisi, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu rayonun sosial şəbəkədə aktiv olan gənclərinə “Gənclərin İKT İnkişafı Mərkəzi” və  “Media və Biz “ adlı təlim keçdi. Təlim zamanı ekspert sosial şəbəkələrin əhəmiyyətindən, onlardan düzgün istifadə və təhlükəsizlik qaydalarından danışdı.
Təlim gənclərin mövzu əsasında müzakirəsi ilə yekunlaşdı.

Keçidlər