Şriftin ölçüsü :

Saytın rəngi :

Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində 2016/2017-ci tədris ilinin yekunu ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi

05 iyul 2017 | 11:00

İyulun 5-də keçirilən Pedaqoji Şuranın iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbinin direktoru Gülşən Quliyeva və məktəbin müəllim heyəti iştirak etdi.
Əvvəlcə musiqi məktəbinin ayrı-ayrı şöbələrinin hesabatları dinlənildi. Tədris ili ərzində müəllimlərin iş fəaliyyəti, tədrisin səviyyəsi və keçirilən tədbirlər, metodik mühazirələr, açıq dərslər müzakirə olundu. 
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı çıxış edərək musiqi məktəbinin kollektivinə uğurlar arzuladı. Natiq çıxışında Binəqədi rayon rəhbərliyi adından musiqi məktəbinin direktoru Gülşən Quliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar dilədi.
Sonra Gülşən Quliyevaya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Fəxri Fərmanı təqdim olundu.

Keçidlər