Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Universitetinin təqdimatı oldu

05 iyul 2017 | 11:00

İyulun 5-də 115 nömrəli tam orta məktəbdə Azərbaycan Universitetinin təqdimatı təşkil olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Azərbaycan Universitetinin İnformasiya-Kommunikasiya Texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və universitetin baş müəllimi Polad Əzizov, eləcə də “Parlaq Zəka” tədris mərkəzinin nümayəndə heyəti iştirak etdi.
Keçirilən görüşdə Binəqədi rayonunun orta ümumtəhsil məktəblərində təhsil alan abituriyentlər Azərbaycan Universiteti haqqında ətraflı məlumat əldə etdilər.
Abituriyentlər qarşısında çıxış edən Asif Paşayev və Polad Əzizov qeyd etdilər ki, Azərbaycan Universiteti Azərbaycanda özəl ali təhsilin pionerlərindəndir. Azərbaycan Universitetində tədris Azərbaycan və ingilis dillərində aparılır. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilində xüsusi dil hazırlığı proqramı tətbiq olunur. Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir. Qeyd olunan proqramlar çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyət və tələbələri tərəfdaş universitetlərdə tədris prosesində iştirak edir, kredit mübadiləsi həyata keçirilir.
Xarici universitetlərdən gələn qonaq mühazirəçi və mütəxəssislər tələbələrin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir. Karyera Mərkəzi və Tələbə Gənclər Təşkilatının səyləri ilə gərək sosial aktivliyin artırılması və fərdi inkişaf, gərəksə də iş dünyası ilə tanışlıq və məşğulluq problemlərinin həlli istiqamətində aparılan işlər və maarifləndirmə tədbirləri gələcəkdə kadr rəqabətində önə çıxmağa şərait yaradır.

Keçidlər