Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Atıcılıq üzrə Avropa çempionatı və Buenos- Aires 2018 Gənclər Olimpiya Oyunlarının seçim turunun açılış mərasimi keçirildi

22 iyul 2017 | 11:00

İyulun 22-də Binəqədi rayonu, Bakı Atıcılıq Mərkəzində Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Atıcılıq üzrə Avropa çempionatı və Buenos - Aires 2018 Gənclər Olimpiya Oyunlarının seçim turunun açılış mərasimi keçirildi.
Keçirilən tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Rana, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və digər rəsmi qonaqlar, idmançılar iştirak etdilər.
İlk öncə tədbirin qonaqları həmin gün start götürmüş atıcılıq növü üzrə mükafatlandırma mərasimində iştirak etdilər.
Daha sonra tədbirin rəsmi hissəsi başladı və aparıcılar tədbir haqqında qonaqlara geniş məlumat verdilər.
Sonra çıxış edənlər Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Rana belə bir möhtəşəm çempionatın Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edərək bu yarışların da yüksək səviyyədə başa çatacağına əminliyini vurğuladılar. Natiqlər bildirdilər ki, Azərbaycanda keçirilən Avropa, dünya çempionatları artıq silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvando, güləş, boks, karate və Olimpiya növlərinə daxil olan digər idman yarışlarının Azərbaycanda da keçirilməsi ölkəmizə böyük imic qazandırıb. Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar və digər idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.
Daha sonra çempionat Azərbaycan Respublikasının Dövlət Himninin və Beynəlxalq Atıcılıq Federasiyasının Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Sonra tədbirin bədii hissəsi başladı və Azərbaycanın incəsənət ustalarının iştirakı ilə musiqi nömrələri nümayiş edildi.
Natiq Ritm qrupu  tərəfindən qonaqlara təqdim edilən “Qarabağ”, “Mehriban Əliyeva”, “Atəşgah” kompozisiyaları və o cümlədən, “Sarı gəlin” rəqsi, Eurovision 2012 iştirakçısı Səbinə Babayeva və Eurovision 2010 iştirakçısı Məryəm Şabanovanın möhtəşəm ifaları qonaqlar tərəfindən yüksək maraqla qarşılandı.
İyulun 22-də Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb.
Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 43 ölkədən minə yaxın idmançı 79 dəst medal uğrunda mübarizəyə qoşulub.
Yarışın ilk günündə idmançılar 50 metr məsafəyə tapançadan atəş açma və stend atıcılığı üzrə yarışda çıxış ediblər.
Yığmamız 25, 50, 300 metr məsafədən hədəfi nişan alma, həmçinin stend atıcılığının bütün növləri üzrə yarışlarda təmsil olunacaq.

Keçidlər