Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sakinlər arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə növbəti rayon birinciliyi keçirildi

24 iyul 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 nömrəli sərəncamının icrasına uyğun olaraq, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 24 iyul 2017-ci il tarixində 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısında yerləşən fəvvarələr parkında rayon sakinləri arasında “Nərd”, “Şahmat” və “Dama” üzrə rayon birinciliyi keçirildi.
Yarışın nəticələrinə görə “Nərd” idman növü üzrə Arif Nəsibov birinci, Aydın Bəndəliyev ikinci, Elxan Əhmədov üçüncü yerə; “Şahmat” idman növü üzrə Mahmud Kətanov birinci, Rizvan Talıbov ikinci, Fəxrəddin Əmirov üçüncü yerə; “Dama” idman növü üzrə Dadaş Dadaşov birinci, Xanmirzə Ağayev ikinci, Elnur Xəlilov üçüncü yerə layiq görüldülər.
Sonda qaliblər Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və 1 saylı Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, 1, 72, 80, 102, 106 №-li Mənzil-Kommunal İstismar Sahələrinin rəhbərləri iştirak etdilər.

Keçidlər