Şriftin ölçüsü :

Saytın rəngi :

ASAN könüllüləri Binəqədi Gənclər Evində oldular

28 iyul 2017 | 11:00

28 iyul tarixində ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 10-cu qrup ASAN könüllüləri ilə Gənclər Evində görüş keçirildi.
Keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
Könüllülər ilk öncə Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış oldular və onlara Gənclər Evi haqqında geniş məlumat verildi.
Daha sonra Gənclər Evinin akt zalında ASAN könüllüləri ilə görüş keçirildi.
Görüşdə Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə bağlı təqdimat etdi və Gənclər Evinin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan abadlıq-quruculuq işlərindən, o cümlədən həyata keçirilən layihələr, tədbrilər haqqında geniş məlumat verdi. Eyni zamanda natiq Binəqədi rayonun rəsmi facebook səhifəsinin təqdimatını etdi və sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında geniş məlumat verdi.
Təqdimatlardan sonra ASAN könüllüləri ilə görüş çay süfrəsi ətrafında davam etdirildi.

Keçidlər