Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt-Bakı yolunun ətrafında aparılan abadlıq və yenidənqurma işlərinin layihəsi

31 iyul 2017 | 11:00

Sumqayıt-Bakı yolunun “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən yaşayış massivində ərazidə mövcud olan ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılmışdır.
Aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 m2 hasar hörgüsü, 250 metr piyada səki daşları, 400 m2 tamet daşı düzülmüş, 15000 kub torpaq işləri görülmüş, 5000 m2 yaşıl çəmən örtüyü salınmış, 200 metr sarmaşıq, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çicək, ağaclar və dekorativ bitkilər əkilmiş, 1 ədəd söhbətgah, 22 ədəd oturacaq, 350 metr avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılmışdır.
Bundan əlavə, Sumqayıt-Bakı yolunun “Rahat” market istiqamətində uzunluğu 157 metr, hündürlüyü 1.8 metr olan hasar hörgüsü, 147 metr səki daşları düzülmüş, 1500 kub metr torpaq işləri 525 m2 yaşıl çəmən örtüyü salınmış və 10 ədəd aliyandra kolları əkilmişdir.
Hal-hazırda ərazidə işlər sürətlə davam etdirilir. Çox yaxın zamanlarda həmin ərazi sakinlərin istəyinə uyğun olaraq ixtiyalarına veriləcək.

Keçidlər