Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə bələdiyyəsində görüş keçirildi

03 avqust 2017 | 11:00

Binəqədi rayonunda yerləşən M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi, Binəqədi bələdiyyəsi, Binəqədi qəsəbə bələdiyyəsi, Xocəsən bələdiyyəsi, Biləcəri bələdiyyə sədrlərinin və Azərbaycan uşaq fondu Binəqədi şöbəsinin rəhbəri Esmiralda Rəhimovanın iştirakı ilə M.Ə.Rəsulzadə bələdiyyəsində görüş keçirildi.
Keçirilən görüşdə qeyd olundu ki, “Sosial yardım” proqramı çərçivəsində əlil, kimsəsiz, internat, valideyn himayəsindən məhrum, xəstə, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara 1 ay ərzində həftədə 3 dəfə kömək göstərmək məqsədi ilə Binəqədi rayonunda qeydiyyatda olan 5 əlilin himayəyə götürülməsi nəzərdə tutulub.
Bələdiyyə sədrləri tərəfindən müzakirələr zamanı himayəyə götürülmüş beş fiziki qüsurlu şəxsin ərazidə və ya şəhərdə yerləşən parklarda gəzintisinin təmin edilməsi, şəhər barədə və ictimai obyektlər haqqında məlumat verilməsi, özünəqulluq, özünü təqdim etmək, telefon ilə danışıq mədəniyyəti, pulun dəyəri barədə məlumat verilməsi və bütün bunların müəyyən edilmiş proqram çərçivəsində həyata keçirilməsi qarşıya hədəf olaraq qoyuldu.

Keçidlər