Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Üzgüçülük” idman növü üzrə şəxsi birincilik keçirildi.

07 avqust 2017 | 11:00

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 07 avqust 2017-ci il tarixdə Bakı Tennis Akademiyasında xanımlar arasında “Üzgüçülük” idman növü üzrə şəxsi birincilik keçirilmişdir.Brass üsulu ilə keçirilən “Üzgüçülük” yarışında 27 nəfər idmançı iştirak etmişdir. Yarışın nəticəsinə görə Ləman Rzayeva I yeri, Aylin Hacıyeva II yeri, Nüşabə İsmayılova III yeri tutmuşdur.Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Rafiq Nəsirov və Ülviyyə Usubova 12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışlar.Sonda qaliblər İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər