Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun istedadlı gənci Səbuhi Talıbovla görüş keçirildi.

09 avqust 2017 | 11:00

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 09 avqust 2017-ci il tarixdə rayonun istedadlı gənci Səbuhi Talıbovla görüş keçirilmişdir.
Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları iştirak etmişlər.
Görüş zamanı Səbuhi Talıbov öz yaradıcılıq fəaliyyəti, hazırladığı əl işləri barədə ətraflı məlumat vermiş, ölkəmizdə, eləcə də Binəqədi rayonunda gənclər siyasəti sahəsində görülən işlərdən və  Bakı 2015-Birinci Avropa Oyunları, Bakı  2017 - IV İslam Həmrəyliyi Oyunları zamanı könüllü kimi iştirakından danışmışdır.

Keçidlər