Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirildi.

11 avqust 2017 | 11:00

11 avqust tarixində Binəqədi rayon Gənclər Evində 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirildi.Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər: Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova və YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Fəsli Nəbiyev gəncləri 12 Avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edərək onlara uğurlar diləyiblər. Natiqlər qeyd ediblər ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin  qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ümummilli Lider hər bir sahəyə qayğı ilə yanaşdığı kimi, gənclərin gələcəyi naminə  onlara xüsusi diqqət göstərib. Ulu Öndər hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Bu gün ölkəmizdə bütün  yönlərdə – hərbi, təhsil, siyasi, iqtisadi və digər  sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Daha sonra tədbir əyləncəli proqramla davam etmiş və gənclərdə xoş əhval-ruhiyyə yaratmışdır.
Məlumat üçün bildirək ki, tədbir Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri Hüseyağa Muradov, Tofiq Mövsümov və Nərgiz Sadıqovanın layihəsi əsasında həyata keçirilmişdir.

Keçidlər